Rəylər

Avropada yaşamağıma baxmayaraq avtomobil seçimində çətinlik çəkirdim. Carpax Europe seçim prosesindən avtomobilin Amsterdamda tam təhvil alınmasına qədər bütün işi uğurlu həyata keçirdi. Bir qədər axtarış etdikdən sonra istədiyim komplektasiyada BMW i7 modelini Almaniyadan tapdıq.

Emil
Niderland

Şirkət Range Rover Velar modelinin alışında mənə peşəkar dəstək göstərdi. Mənim üçün əsas olan istədiyim rəngi tapmaq idi. Qısa müddət axtarış etdikdən sonra istədiyim rəngdə Velar tapdıq və sifarişi rəsmiləşdirdik. Almaniyadan etibarlı avtomobil almağa tərəfdaş axtaran hər kəsə Carpax Europe-u tövsiyə edirəm.

Sabina
Bakı

Şirkət Almaniyadan avtomobil seçimi prosesində əla xidmət göstərir. Mən yeni Mercedes C-Class almaq istəyirdim. Qısa vaxt ərzində istədiyim rəngdə avtomobili tapıb sənədləri rəsmiləşdirdik və avtomobil Azərbaycana çatdırıldı. Keyfiyyətli xidmətə görə Carpax Europe-a təşəkkür edirəm!

Dinara
Bakı

Axtardığım qırmızı rəngli, Mercedes-Benz SL 43 modelini Carpax Europe ilə tapdıq. Qısa müddətdə gömrük və bütün yol xərcləri daxil olmaqla avtomobili Azərbaycana çatdırdılar. Seçim mərhələsindən avtomobilin tam təhvilinə kimi bütün prosesdən razı qaldım. Daha bir avtomobili də Carpax Europe ilə sifariş etməyə qərar verdik.

Vasif
Bakı